LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Münasibətlər 24-07-2024, 13:43

Münasibətlərdə sərhədləri necə qorumaq lazımdır?

Münasibətlərdə sərhədləri necə qorumaq lazımdır?
LoaDinG.Az xəbər saytı
Münasibətlərdəki bir çox problemlər dolayı yolla müxtəlif problemləri təmsil edə bilər. Mütəxəssis Klinik Psixoloq Aziz Görkem Çətin, problemləri ciddi və ya əhəmiyyətsiz adlandırmağın doğru bir yanaşma olmadığını ifadə edərək, münasibətlərdə sərhədlərin qorunması lazım olduğunu vurğulayıb.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, cütlüklər problemlərini bir-birləri ilə təfərrüatlı şəkildə paylaşmaları və irəliləyiş əldə edə bilmədikləri təqdirdə dəstək almaları lazımdır.

- Cütlüklər problemin həlli üçün uyğun mühit müəyyən etməlidirlər. Ətrafda başqaları olduqda problem haqqında danışmaq onu həll etməyə bilər.

- Emosiyaların, düşüncələrin altında başqa məna axtarmaq, niyyəti oxumaq olmaz.

- Problemlər indiki dövrdə həll edilməli və keçmiş problemlər daim gündəmə gətirilməməlidir.

- Uzun izahatlar ünsiyyəti gücləndirmir, mühakimələrdən qaçmaq lazımdır. Mühakimə münasibətləri korlayır.

- Əsasən emosiya ifadə olunmalıdır.

- Aktiv dinləmə olmalıdır.

- Müzakirələrdə haqlı olmağa diqqət etməkdənsə, məqsəd həll yolları hazırlamaq olmalıdır.

- Qəzəbinizi cilovlaya bilməyəcəyinizi hiss etdikdə, məsələni başqa vaxt müzakirə lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
112 92 91 69 64 79

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.