LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
cabir

cabir Xəbərlər 23-07-2024, 11:14

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir
LoaDinG.Az xəbər saytı
Xəbər verdiyimiz kimi, iyulun 7-də keçirilmiş qəbul imtahanında II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal yığıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplayıb. Sun.Az Modern.az-a istinadən xəbər verir ki, Şəbnəm Novruzova imtahanın onun üçün əla keçdiyini bildirib.

"700 bal toplayacağımı gözləyirdim. Cavablar açıqlananda isə sadəcə qürur hissi keçirdim. Təhsilimi Azərbaycan Diplomatik Akademiyasında Maliyyə ixtisası üzrə davam etdirmək istəyirəm. Gələcəkdə isə magistr təhsilimi xaricdə almağı düşünürəm", - o bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
120 81 100 49 90 61

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.