LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
cabir

cabir Xəbərlər 23-07-2024, 11:11

Qəzzada uşaq iflicinə səbəb olan virus aşkarlanıb

Qəzzada uşaq iflicinə səbəb olan virus aşkarlanıb
LoaDinG.Az xəbər saytı
Qəzzada uşaq iflicinə səbəb olan virus aşkarlanıb. Sun.Az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ilə koordinasiyalı olaraq çirkab sulardan götürülən nümunələr üzərində aparılan müayinələr haqqında məlumat verilib.

Açıqlamada, infrastrukturun dağıdılması səbəbindən insanların yaşadığı yerlərdə və çadırların arasından axan və yığılan sularda poliomielit xəstəliyinə səbəb olan virusun aşkar edildiyi, minlərlə insanın poliomielit xəstəliyinə yoluxma riskinin olduğu bildirilib.

Su qıt olduğundan və kanalizasiya ilə çirkləndiyindən, tonlarla zibil yığıldığından və İsrail təmizlik materiallarının ölkəyə girişini əngəllədiyi üçün əsl sağlamlıq fəlakətinin baş verə biləcəyi xəbərdarlığı edilib.

Bəyanatda İsrailin hücumlarının dərhal dayandırılması, təmiz su ilə təmin edilməsi, kanalizasiya xətlərinin təmiri və köçkünlərin məskunlaşdığı yerlərdə əhalinin sıxlığının azaldılması tələb edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
45 64 90 83 88 96

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.