Avstraliyada kompüter sistemlərində bir çox sektora təsir edən nasazlıq var. Sun.Az xəbər verir ki, yayımçının sistemləri də daxil olmaqla bir çox sektorda əməliyyat sistemlərində fasilələr yaranıb.
Bu səbəbdən nəqliyyat, bank, ödəniş cihazlarında, hava limanlarında qeydiyyat sistemlərində, supermarketlərdə nəzarət-kassa aparatlarının əməliyyat sistemlərində, yanacaqdoldurma məntəqələrində nasoslarda və bir çox digər sahələrdə xəta xəbərdarlığı edildiyi, sistemlərin yararsız hala düşdüyü qeyd edilib.
Avstraliya hökumətinin verdiyi açıqlamaya görə, problemin böyük ehtimalla dünya miqyasında yaranan kəsintidən qaynaqlandığı bildirilib. Bildirilib ki, problemin həlli istiqamətində kibertəhlükəsizlik qurumları ilə birgə iş aparılır.
Digər tərəfdən, Microsoft, müxtəlif Microsoft 365 tətbiq və xidmətlərinə təsir edən bir problemi araşdırdığını açıqlayıb.
Mütəxəssislər bütün dünyada kompüter sistemlərinə təsir edən problemin Microsoft-un yaşadığı texniki problemlərdən qaynaqlandığını qiymətləndirirlər.
LoaDinG.Az - Həyat Hekayəni Yarat

Avstraliyada kompüter sistemlərində bir çox sektora təsir edən nasazlıq var

LoaDinG.Az xəbər saytı

LoaDinG.Az xəbər saytı