İsrail ordusunun Qəzza zolağına gecə boyu həyata keçirdiyi hücumlarda 16 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Sun.Az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərdə İsrailin Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində fələstinli Əbu Şekyan ailəsinə məxsus evi bombaladığı bildirilib.
Xəbərdə İsrail ordusunun bombaladığı evdə 8 fələstinlinin həyatını itirdiyi, aralarında uşaqların da olduğu çox sayda insanın yaralandığı, Əl-Bureyc Qaçqınlar Düşərgəsində Əbu Hüseyn ailəsinə məxsus evin də vurulduğu bildirilib.
Evdə ən az 6 mülki vətəndaşın öldüyü, çoxlu sayda insanın yaralandığı vurğulanan xəbərdə Qəzza şəhərində mülki şəxslərin sığındığı məktəbə hava hücumu təşkil edildiyi də qeyd edilib.
LoaDinG.Az - Həyat Hekayəni Yarat

İsrailin Qəzza zolağına hücumu nəticəsində 16 fələstinli həlak olub

LoaDinG.Az xəbər saytı

LoaDinG.Az xəbər saytı