İsrailin 286 gündür hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 38 min 848-ə çatıb. Sun.Az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 286 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 54 fələstinlinin həyatını itirdiyi, 95 nəfərin yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 38 min 848-ə, yaralıların sayı isə 89 min 459-a çatıb.
LoaDinG.Az - Həyat Hekayəni Yarat
