Avropa Siyasi Birliyinin 4-cü Sammiti çərçivəsində baş nazir Nikol Paşinyanın Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşü baş tutub. Sun.Az xəbər verir ki, həmsöhbətlər Ermənistan-Finlandiya əlaqələrinin gələcək inkişafı və genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımların atılması vurğulanıb.
Həmçinin Ermənistan-Azərbaycan sülh prosesi və regional təhlükəsizliklə bağlı məsələlərə toxunublar.
LoaDinG.Az - Həyat Hekayəni Yarat
