"Kəpəz" MTK eyni məzili bir neçə nəfərə satır.
Bu barədə vətəndaş Hüseynağa Heydərov Sun.az -a bildirib.
O qeyd edib ki, "Kəpəz" MTK-nın rəhbəri, sabiq deputat Mahir Aslanov ona heç kimin gücünün çatmayacağını deyir.
"Xırdalan şəhəri, Heydər Əliyev prospektin 596-cı ünvvanda yerləşən binadan 3 mənzil aldım. Birinin çıxarışı, digərinin müqaviləsi var idi. Sonradan məlum oldu ki, bu mənzillər başqalarına satılıb. Biz dəfələrlə "Kəpəz" MTK-ya müraciət etdik, nəticəsi olmadı. Binanın sahibi keçmiş deputat Mahir Aslanovdur. O, keçmiş baş nazirin müavini Abbas Abbasovla şərikdir. Demək olar ki, heç kimin ona gücü çatmır. Respublikanın bütün aidiyyatı orqanlarına müraciət etmişəm. Heç bir nəticəsi yoxdur. Abşeron rayon məhkəməsi Kəpəz MTK- nın iddiası əsasında iş qaldırıb. Verilən çıxarışı, müqaviləni, arayışları ləğv edib. Sumqayıt Məhkəməsi Abşeron rayon Məhkəməsinin qərarını qüvvədə saxladı.Bu, heç bir qanuna sığmır. Mənim 200 min manat pulum batıb. Hazırda Ali məhkəməyə müraciət etmişəm. Ali Məhkəmə sədri İmdad Kərimova ümidimiz böyükdür. İş Mehparə Əhmədovanın icraatındadır. Son ümidimiz ona qalır,amma 4 ildir bu iş gedir,bizim xeyrimizə heç bir iş görülmür. Prezidentə və vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm, cavab gözləyirəm. Mahir Aslanov deyir ki, gedin, hara şikayət edirsiz, edin, mənə heç kimin gücü çatmaz".
LoaDinG.Az - Həyat Hekayəni Yarat

Vətəndaşın 20 min manat pulu batdı- "Kəpəz" MTK eyni məzili bir neçə nəfərə satır

LoaDinG.Az xəbər saytı

LoaDinG.Az xəbər saytı