LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
HASANLY

HASANLY Xəbərlər 20-07-2024, 13:17

İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq

İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
LoaDinG.Az xəbər saytı
Bu gün ll Şuşa Qlobal Media Forumunun açılış mərasimi olacaq.

"Report" xəbər verir ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, üç beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı nəzərdə tutulur.

Dövlət başçısının "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçiriləcək forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq.

Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində dörd panel sessiya - "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
76 61 76 63 82 79

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.