“Ən pisi də bilirsənmi nədir əzizim,
sənə yetmədiyim yerdə xəyalım çatır sənə. Öncə gülüşünü qürur, qəhqəhələrinə qosşula bilmirəm kədər bürüyür məni. Sonra külək əsir, saçından bir neçə tel rəqs edir. Sığal çəkmək istəyirəm, amma əlim gedir boşa qəhər boğur məni. Sonra da bir şeylər danışırsan, nə dediyini duymamaq ağrıma gedir, səsinə darıxmağım gəlir çarəsiz qalıram...
Acıram gözlərimi, hər şey qaranlıq. Yanında qala bilmədiyim kimi xəyalında da qalmaq çətin gəlir.
Bitmir ki daha...
Yenə bağlayıram gözlərimi, gözlərin gəlir önüme. Səbəbsiz baxışın çox anlamlarla toxunur mənə. Üzünü almaq istəyirəm ovuc içinə, taqətim qalmır. Tükənirəm sənsizliyə, möcüzəm ikən bir möcüzə umdum yenidən sənli günlərə...
Pis günlərdən sonra yaxşı günlər gələcək dedilər, yalandır əzizim...
Ən yaxşı günlər gəldi də, getdi də sənlə əzizim. Nə ömrü o anlara sığdıra bildim, nə də ömür yetdi sənə doymağa..."
LoaDinG.Az - Həyat Hekayəni Yarat

Yanında qala bilmədiyim kimi xəyalında da qalmaq çətin gəlir

LoaDinG.Az xəbər saytı

LoaDinG.Az xəbər saytı