Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya,Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixində Bakıda birinci qurultay keçiriləcək.
Politoloq Elşən Manafov Sun.Az -a bildirib ki, tədbir müasir dünyada neomüstəmləkəçiliyə qarşı mübarizədə rəsmi Bakının nüfuzunun yüksəlməsinə xidmət etməklə yanaşı demokratiya libası altında pərdələnmiş Makron hakimiyyətinin gerçək mahiyyətinə aydınlığın gətirilməsi onun siyasətinin ifşa edilməsi baxımından təqdirəlayiqdir:
"Bakıda Fransa müstəmləkəçiliyindən əziyyət çəkən bəlli adaların siyasi təşkilatlarının iştirakı ilə keçirilən qurultay Qoşulmama hərəkatı dövlətlərinin Bakı təşəbbüs qrupunun iştirakı və təşkilatçılığı ilə keçirilir.Bu tədbir Qoşulmama hərəkatının məram və məqsədlərini özundə ehtiva etsə də,tədbirin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilməsi rəsmi Bakının Fransanın Cənubi Qafqaz siyasətinə adekvat mövqeyidir və ilk növbədə Makron iqtidarının Ermənistani silahlandırması,habelə Ermənistan-Azərbaycan sülh danışıqlarına desturktivlik ruhu gətirməsi cəhdlərinə qarşı yönəlib.Tədbir müasir dünyada neomüstəmləkəçiliyə qarşı mübarizədə rəsmi Bakının nüfuzunun yüksəlməsinə xidmət etməklə yanaşı demokratiya libası altında pərdələnmiş Makron hakimiyyətinin gerçək mahiyyətinə aydınlığın gətirilməsi onun siyasətinin ifşa edilməsi baxımından təqdirəlayiqdir.
Bu kimi tədbirlər Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqların yanında olması ilə bağlı bəlli amilləri qabardaraq rəsmi Bakının bloklara qoşulmayan,habelə ədalətli dünya nizamı uğrunda mübarizə aparan dövlətlərin yanında nüfuzunun yüksəlməsinə xidmət edir".
LoaDinG.Az - Həyat Hekayəni Yarat

"Fransa müstəmləkələrindəki Müstəqillik hərəkatlarının birinci qurultayı Bakının nüfuzunun yüksəlməsinə xidmət edəcək"

LoaDinG.Az xəbər saytı

LoaDinG.Az xəbər saytı