LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Moda.Dəb 17-07-2024, 21:00

Moda dünyası bir-birinə dəydi - Ləkəli şalvar...

Moda dünyası bir-birinə dəydi  - Ləkəli şalvar...
LoaDinG.Az xəbər saytı
Moda dünyasında “idrar ləkəli” cins şalvar mübahisəsi bitmək bilmir. “Bu da olacaqmış!” deyə “ləkəli” şalvarlara etiraz edənlərlə, “moda dünyası hər cür yeniliyi sevir” deyərək tərəf tutanlar arasında fikir ayrılığı şalvarların sürətli satışına mane olmayıb. “Loading.aZ” “NTVcom.tr”yə istinadən xəbər verir ki, “idrar ləkəli” görünüşlü cins şalvarlar baha qiymətə alınır. Bu şalvarlara tələbat o qədər artıb ki, artıq defisit mal hesab edilir. “Ləkəli şalvar” ilk dəfə ötən il Milan moda həftəsində təqdim olunub. Lakin satışa bu il çıxarılıb. Qiyməti 608 ABŞ dollarıdır. Şalvarların qasıq hissəsinin digər hissələrə nisbətən tünd çalarlı olması sanki “idrar ləkəsi” varmış kimi görünür. Bu görüntü ilk baxışda heç də xoş deyil. Lakin “ağına-bozuna baxmayan” moda həvəskarları ləkəli şalvarları bəyənir. Satışın da sürətli olması və tələbin yüksəlməsi istehsalçıları daha da ruhlandırıb. Hazırda ləkəli şalvarlar brendə çevrilib və çox populyardır. Ləkəli şalvarların moda dünyasına girişi isə maraqlıdır. Ləkəli şalvarı cəmiyyətə komediya aktyoru Tim Robinson tanıdıb. Bir televiziya proqramında çıxış edən aktyor “ləkəli şalvar”la səhnəyə çıxıb. Bundan sonra şalvarlar geyim olaraq populyarlaşıb. Aktyor çıxışı zamanı “kişilər fikirli olur, bəzən özlərindən bixəbər olurlar. Belə şalvarlar onların köməyinə çata bilər”, deyib. Zarafatla deyilmiş bu söz isə “idrar ləkəli” şalvarların istehsalına səbəb olub. Demək ki, hətta qeyri-etik zarafatlar da moda aləmini yönləndirə bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
81 102 95 84 91 95

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.