LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
Diablo

Diablo Avto Dünya 17-07-2024, 13:20

Avtomatik transmissiyalı Toyota GR Corolla barədə yeni təfərrüatlar peyda olub

Avtomatik transmissiyalı Toyota GR Corolla barədə yeni təfərrüatlar peyda olub
LoaDinG.Az xəbər saytı
Avtomatik transmissiya ilə təchiz ediləcək “bərkgedən” Toyota GR Corolla modeli haqqında müəyyən təfərrüatlar ortaya çıxıb. Hetçbekin sahibləri üçün nəzərdə tutulmuş ixtisaslaşmış forumda maraqlı insayd peyda olub: 2025-ci model ilində Şimali Amerikada “bərkgedən” hetçbekin ikipedallı versiyası təklif olunacaq! Belə Toyota GR Corolla gücləndirilmiş 8-pilləli Aisin avtomatik transmissiyasını “kiçik” GR Yaris modelindən alacaq. 1,6-litrlik turbomühərrik isə, yenidən sazlanacaq: onun fırlanma anı 368-dən 400 Nm-ə qədər artacaq. Bundan başqa, hetçbek yeni ön bamperə və soyutma sisteminə sahib olacaq.

Toyota iki ay əvvəl “avtomat” ilə təchiz olunacaq GR Corolla modelini hazırladığına işarə etmişdi. Texniki cəhətdən ona oxşar olan GR Yaris belə bir transmissiyanı hələ yanvar ayında alıb. Ona görə də, texniki baxımdan heç bir maneə yoxdur. Marketoloqlar ikipedallı GR Corolla modelinin yeni alıcıları cəlb edəcəyindən əmindirlər.

Çox güman ki, avtomatik transmissiyalı Toyota GR Corolla modeli yalnız Premium top təchizat səviyyəsində təklif olunacaq. Aisin “avtomatı” sükanaltı dəstəklər vasitəsi ilə pillələri dəyişdirməyə imkan verir. Həmçinin 2025-ci model ilində hot-hetç kuzov dəstini də dəyişə bilər: əyləcin daha yaxşı soyudulması üçün ön bamperin forması dəyişdiriləcək. Təkmilləşdirilmiş radiator və qızdırılan sükan da gözlənilir.

Hazırda Toyota GR Corolla modelinin ABŞ-da qiyməti 36,5-45,1 min dollar arasındadır və avtomatlı versiyanın çox da baha olması ehtimalı azdır. Hal-hazırda xəttin zirvəsində karbondan damı, qara aksentləri və 18-düymlük döymə təkər diskləri olan xüsusi Circuit Edition versiyası durur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
72 86 91 96 83 83

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.