.Bu şəhərin hər yerində,
bir gülləlik canı olan
Tənha, bezmiş adamlar var.
Döyməyə bir qapısı yox,
tüstüsü var, bacası yox.
Evsiz olan adamlar var.
Bu şəhərdə mən də varam
Bir sən yoxsan, iki gözüm.
Gözləməklə iş bitmir ki,
Yoxluğuna necə dözüm?
Ölməyə tələsirəm..
Mənim yanım dörd divardı.
Kaş yanımda sən olsaydın,
İndi elə özümü də,
saçlarından asmaq vardı..
Bu şəhərdə ölmək olmur
Yaşamağı heç demirəm.
Ağlayırsan, gülmək olmur,
Eh, xoşbəxtlik istəmirəm.
Sevmə məni, mən dəliyəm.
Günü-gündən, yavaş-yavaş
itirirəm yaddaşımı.
Onsuzda çox qalmayacam,
Alıb gedəcəm başımı.
Günəş bu gün şərqdən batır,
iki gözüm, mən gedirəm.
Bir körpənin baxışında,
hələ də səni sevirəm..
• Nail Zeyniyev
bir gülləlik canı olan
Tənha, bezmiş adamlar var.
Döyməyə bir qapısı yox,
tüstüsü var, bacası yox.
Evsiz olan adamlar var.
Bu şəhərdə mən də varam
Bir sən yoxsan, iki gözüm.
Gözləməklə iş bitmir ki,
Yoxluğuna necə dözüm?
Ölməyə tələsirəm..
Mənim yanım dörd divardı.
Kaş yanımda sən olsaydın,
İndi elə özümü də,
saçlarından asmaq vardı..
Bu şəhərdə ölmək olmur
Yaşamağı heç demirəm.
Ağlayırsan, gülmək olmur,
Eh, xoşbəxtlik istəmirəm.
Sevmə məni, mən dəliyəm.
Günü-gündən, yavaş-yavaş
itirirəm yaddaşımı.
Onsuzda çox qalmayacam,
Alıb gedəcəm başımı.
Günəş bu gün şərqdən batır,
iki gözüm, mən gedirəm.
Bir körpənin baxışında,
hələ də səni sevirəm..
• Nail Zeyniyev