LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
cabir

cabir Xəbərlər 15-07-2024, 21:00

Kuleba: 75 il gözləyə bilmərik

Kuleba: 75 il gözləyə bilmərik
LoaDinG.Az xəbər saytı
"Ukraynanın NATO-ya üzv olması ilə bağlı vəd yerinə yetirilməlidir. Lakin biz bunu qeyd etmək üçün daha 75 il gözləyə bilmərik, bu, yaxın gələcəkdə baş verməlidir". Sun.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "CNN"in efirində deyib.

"Ukrayna NATO üzvü olacağı zaman çox şad olacağıq və bununla bağlı vəd yerinə yetiriləcək. Son iki gün ərzində bütün səviyyələrdə Ukraynanın NATO-da olacağına dair çox ümidverici siqnallar gördük. Lakin Ukraynanın alyansa üzvlüyünü qeyd etmək üçün daha 75 il gözləyə bilmərik. Bu, tez bir zamanda baş verməlidir. Çünki bu, Avro-Atlantik regionda sabitlik və strateji təhlükəsizliyin təmin edilməsi üçün yeganə yoldur", - deyə ukraynalı nazir qeyd edib.

Xatırladaq ki, iyulun 9-11-də Vaşinqtonda NATO-nun 75 illik yubileyi ilə bağlı sammit baş tutub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
56 61 86 94 82 57

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.