LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
cabir

cabir Xəbərlər 15-07-2024, 13:00

Bağ sahələrində narkotik tərkibli bitkilər yetişdirən Lerik sakinləri saxlanılıblar

Bağ sahələrində narkotik tərkibli bitkilər yetişdirən Lerik sakinləri saxlanılıblar
LoaDinG.Az xəbər saytı
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Lerik rayon sakinləri Zaur Məmmədov və Zöhrab Tahirov saxlanılıblar. Sun.Azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin yaşadıqları ünvanlara keçirilən baxış zamanı bağ sahəsində kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 26 ədəd çətənə kolu, əlavə olaraq isə Z.Məmmədovun həyətdəki yardımçı tikilidə, Z.Tahirovun isə torpağa basdırılaraq gizlətdiyi marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
87 83 98 99 73 83

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.