LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Sağlamlıq 4-05-2024, 08:00

Gündə 20 dəqiqə idman etmək orqanizmdə nəyi dəyişir?

Gündə 20 dəqiqə idman etmək orqanizmdə nəyi dəyişir?
LoaDinG.Az xəbər saytı
Gündə cəmi 20 dəqiqə idman etmək ürək-damar xəstəliklərinin, diabetin qarşısını ala bilər.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər oturaq həyat tərzinin maddələr mübadiləsini yavaşlatdığını, bunun qan şəkərinin tənzimlənməsinə, yağ mübadiləsinə, qan təzyiqinə mənfi təsir etdiyini, əzələ və sümükləri zəiflətdiyini vurğulayırlar.

II tip şəkərli diabet, damarların aterosklerozu (infarkt və insultlara səbəb ola bilər), piylənmə və başqaları kimi bir çox xəstəliklər fiziki fəaliyyətin olmaması ilə sıx bağlıdır.

İdman etdiyiniz zaman bədəninizdə mühüm dəyişikliklər baş verir. Misal üçün:

Ürək daha sürətli döyünməyə başlayır, orqan və toxumaların, o cümlədən beyin və ürək üçün qan tədarükünü yaxşılaşdırır.
Əzələlər daha intensiv işləyir, bağırsaq funksiyasını yaxşılaşdırır və daha yaxşı peristaltikanı təmin edir.

Ağciyərlər ventilyasiyanı artırır, bədəni daha çox oksigenlə təmin edir.

Fiziki fəaliyyət depressiya və serebrovaskulyar xəstəliklərin qarşısını almağa kömək edən hormonları buraxır.

Qeyd edək ki, fiziki fəaliyyət üçün tövsiyələr yaşa və sağlamlıq vəziyyətinə görə dəyişir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
107 101 130 112 121 139

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.