LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 3-05-2024, 08:45

Yaxın günlərdə Laçın rayonunun Sus kəndinə 20 ailə köçürüləcək

Yaxın günlərdə Laçın rayonunun Sus kəndinə 20 ailə köçürüləcək
LoaDinG.Az xəbər saytı
Yaxın günlərdə Laçın rayonunun Sus kəndinə 20 ailənin köçürülməsi gözlənilir.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin verdiyi məlumata görə, hazırda Sus kəndində 59 fərdi ev tam hazır vəziyyətdədir.

Bundan başqa, kənddə tam orta məktəb və bağça hazırdır. Kəndin məktəbi 15 sentyabr tarixində ilk şagirdlərini qarşılaya biləcək.

Məlumata görə, kənddə 1 ticarət mərkəzi, 1 ərzaq mağazası, qəsəbə boyu park mövcuddur. Bundan başqa, Sus kəndində bir 630 kVA-lıq kompleks transformator qurulub.

Qeyd edək ki, Laçın rayonunun Sus kəndinə ilk köçürüləcək ailələr arasında püşkatma keçirilib. Ailə tərkibinə uyğun olaraq ailələr 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə köçürüləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
110 105 96 83 75 87

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.