LoaDinG.Az - Həyat Hekayəni Yarat
Mourinyo "Fənərbaxça"nın baş məşqçisi ola bilər
LoaDinG.Az xəbər saytı
LoaDinG.Az xəbər saytı
Portuqaliyalı mütəxəssis Joze Mourinyo məşqçilik karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Loading.aZ xarici mediaya istinadən bildirir ki, İstanbulun “Fənərbaxça”sı Mourinyonun xidmətində ciddi maraqlanır.
Portuqaliyalının son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. Portuqaliyalı 2021-ci ildən İtaliya klubuna rəhbərlik edir. 2021/2022 mövsümündə “Roma” Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “Qurdlar” Avropa Liqasının finalına yüksəlib. Mourinyonun rəhbərliyi altında “Roma” ümumilikdə 96 oyun keçirib. Onlarda romalılar 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 görüşdə məğlub olub.
Mourinyo bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter”, “Portu”, “Leiriya” və “Benfika”nı da çalışdırıb.