LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
Boreç

Boreç Şeirlər 13-03-2024, 20:00

Mən rəssam olsaydım..

Mən rəssam olsaydım..
LoaDinG.Az xəbər saytı
Məndən soruşdular, rəssam olsaydın,
Nələr düşünərdin, nələr çəkərdin?
Dedim ki kədərli, qəmli üzləri,
Hər zaman sevincli, gülər çəkərdim.

Mən rəssam olsaydım ac-susuzları,
Bari rəsimlərdə yad eləyərdim.
Kimsəsiz uşağın göz yaşın silib,
Qəlbini ovudub, şad eləyərdim.

Mən rəssam olsaydım o qanlı yerə,
Kərbəla çölünə bulaq çəkərdim.
Bəlkə də təsəllim olacaq deyə,
Hər kəsi o suya qonaq edərdim.

Mən rəssam olsaydım Ata-Anamın,
Saçının ağ telin qara çəkərdim.
Onları almağa gələn əcəlin,
Əllərin bağlayıb, dara çəkərdim.

Mən rəssam olsaydım öz əsərimdə,
Dünyanı zülümsüz təsvir edərdim.
Hər kəsi mehriban, hər kəsi xoşbəxt,
İnsanı ölümsüz təsvir edərdim.


Müəllif: Ziya Fədai

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
212 218 219 237 223 235

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.