reklam
˙·٠•●♥●•٠_ Göndərmədiyim məktub_˙·٠•●♥●•٠ ˙·٠•●♥●•٠_ Göndərmədiyim məktub_˙·٠•●♥●•٠ http://loading.az/uploads/posts/2017-08/1502207953_1361564398_479860_464882000243524_1219146631_n.jpg
Kukulka

Kukulka Sevgi 8-08-2017, 20:07

˙·٠•●♥●•٠_ Göndərmədiyim məktub_˙·٠•●♥●•٠

˙·٠•●♥●•٠_ Göndərmədiyim məktub_˙·٠•●♥●•٠
˙·٠•●♥●•٠_ Göndərmədiyim məktub_˙·٠•●♥●•٠


Saçların qaradırmı,
Həsrət ağardıb yoxsa ?
Evində isti varmı
Egər qəlbin soyuqsa ?
Çırpırsanmı yastığa
Yuxulu günlerini ?
Göz yaşın isladırmı
Çoxunu günlərinin?
Ömür-günmü verirsən
Ötüb keçən illərə ?
Təzə bəy qısqanmır ki,
Köhnə xatirələrə ?...
Eriyirmi sevincin,
İsti göz yaşın kimi ?
Yeriyirmi üstünə
Kədərin qoşun kimi ?
Barı sərvət sarıdan
Gözün könlün doydumu ?
Şöhrət hərsiliyini
Göz yaşların yudumu ?
Hələ boğmur ki səni
Bir otağın havası ?
Hələ düşməyibdi ki,
Laqeydlik davası ?
Silibsənmi görəsən
Adımı dodağından ?
Heykələ dönürsənmi
Pencərə qabağında ?...

Müəllif: Nüsrət Kəsəmənli


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 370 353 310 373 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.