reklam
Fransa haqqında Fransa haqqında http://loading.az/uploads/posts/2017-08/1502174275_201704171423570906_sbig.jpg
Ulya

Ulya Maraqlı 8-08-2017, 08:00

Fransa haqqında

Fransa haqqında
Fransa haqqında




Paris (fr. Paris, tələf. Paği) — Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzidir. Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşir. Paris böyük beynəlxalq əhəmiyyətə malikdir. Burada UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Beynəlxalq Ticarət Palatasının mənzil qərargahları yerləşir.
Əhalisi
Paris Fransanın ən six əhali yaşayan şəhəridir. İl de Frans əyalətinin əhalisinin 19,3%-i, Fransa əhalisinin 3,6%-i Parisdə yaşayır. Əhalinin orta sıxlığı 20 433 nəfər/кm²-dir.

Paris Məryəm Ana kilsəsi


Fransa Eladuya Fransa - vicdan azadlığının konstitusiyada əksini tapdığı dünyəvi bir ölkədir. 2007-ci ilin yanvarında aparılan bir anket statistikalarının nəticələrinə görə Fransızların 51%-i Katolik, 31%-i ateist, 10%-i başqa dinlərə, 4%-i müsəlman , 3%-i Protestan, 1%-i Yəhudi, 1%-i də Buddist olduğunu söyləmişdir. Avropa ölkələrində statistik araşdırmalar Avrobarometre adlı qurumun apardığı daha dəqiq bir nəticəyə görə, Fransız xalqının 34%-i bir tanrının varlığına inandığını, 27%-i müqəddəs varlığa inandığını, 33%-i isə hərhansı bir tanrının varlığına inanmadığını söyləmişdir. Fransada yaşayan müsləmanların sayı barəsindəki fərziyyələr olduqca dəyişkəndir. 1999-cu ildə aparılan əhalinin statistika məlumatlarına görə Fransada yaşayan və müsəlman olan insanların sayı 3,7 milyon olaraq hesablanmışdır. (O dövrkü əhalinin 6,3%-i) Ancaq 2003-cü ildə Fransa Daxili İşlər Nazirliyinin nəşr etdiyi ölkədəki taxmini müsəlman sayı 5-6 milyon olaraq açıqlanmışdır.Müsəlman əhalinin əksəriyyəti Ərəb, Məğrib,zənci mənşəlilər və Türklər təşkil etməkdədir. (Əhalinin 8%-i və yaxud 10%-i) Fransada yaşayan yəhudilərin ümumi sayı isə 600 mindir və Avropadakı ən böyük yəhudi diasporasıdır. Fransadakı dünyəvilik faktı 1905-ci ildən bu yana Fransız hökumətinin hərhansı bir dini tanımasına əngəl olmaqdadır. Bunun yerinə Fransız hökuməti yalnız dini qurum, dərnək və təşkilatlanmaları tanyır və mövcud qanunlar daxilində bu qurumların siyasətə müdaxilə etməsinə mane olur. Scientology, Tanrı'nın Övladı, Moon təriqəti və Günəş Məbədi kimi dini axımlar Fransada təriqət olaraq görülür və digər dinlər ilə eyni bərabər statusa sahib deyillərdir. Təriqətlər isə Fransada xoş qarşılanmayan qurumlardır.


Demoqrafik məlumatlar

Antik zamanlarda və orta əsrlərdə çoxsaylı müharibələr, epidemiyalar və əhali arasında kütləvi aclıqlar əhalinin tez-tez azalmasına səbəb olmuşdur.1832-ci ildə vəba epidemiyası təxminən 20 000 insanın tələfinə səbəb olmuşdur.

XIX əsrin sənayeləşməsi əhalinin artımına səbəb olmuşdur. 1921-ci ildə əhali rekord həddə 3 milyona catmışdır. Hal hazırda Parisdə 2 milyondan bir qədər artıq əhali yaşayır.

Ətraf rayonlarda əksinə əhali artmaqdadır. 1921-ci ildə 4,85 milyon yaşadığı halda, 2006-cı ildə rəqəm 11,6 milyonu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
611 607 545 538 553 607

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.