KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 30-10-2023, 18:00

Bakının atdığı addımlar Rusiyanı zəiflətdi, Kreml geri çəkilməyə məcbur qaldı”

Bakının atdığı addımlar Rusiyanı zəiflətdi, Kreml geri çəkilməyə məcbur qaldı”
Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb.
İqtisadçı bildirib ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanın ticarət dövriyyəsində Rusiyanın payı 2 milyard 786 milyon 710 min ABŞ dolları olub:
“2023-cü ilin yanvar-avqust aylarının rəqəmlərinə baxaq: Azərbaycanın ticarət dövriyyəsində Rusiyanın payı 2 milyard 786 milyon 710 min ABŞ dolları (1 il əvvələ nisbətən 26,8 % çox) , yanvar-avqust aylarında Azərbaycana Rusiyadan 1 milyard 992 milyon 232 min ABŞ dolları (20,5 % çox) məhsul ixrac olunub, Azərbaycandan Rusiyaya isə 794 milyon 478 min ABŞ dolları (illik müqayisədə 46,1 % çox) məhsul satılıb. Ölkəmizin ümumi idxalında Rusiyanın payı 17,9%-dir, ixracımızda isə Rusiyanın payı cəmi 3,3%-dir”.
Ekspert əlavə edib ki, Ermənistan-Rusiya ticarət dövriyyəsi 4,2 mlrd. dollar olub:
“Gəlin indi yanvar-avqust ayları Ermənistanın rəqəmlərinə baxaq: Ermənistan-Rusiya ticarət dövriyyəsi 4,2 mlrd. dollar olub və keçən ilin eyni dövrü ilə müqaisədə 56,3% artıb. Ermənistanın Rusiyaya ixracı 2,3 mlrd. dollar olub (illik müqaisədə 2,1 (!!!) dəfə artıb), Rusiyanın Ermənistana ixracı isə 1,9 mlrd. dollar olub (artım 16,1%-dir). Ermənistanın ixracında Rusiyanın payı 52%-ə yaxındır, idxalda isə Rusiyanın payı 25,9%-dir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 187 151 196 178 208

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.