KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 27-10-2023, 19:00

HƏMAS-ın nümayəndə heyəti Moskvada Lavrovun müavini ilə görüşdü

HƏMAS-ın nümayəndə heyəti Moskvada Lavrovun müavini ilə görüşdü
Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Moskvada Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.

HƏMAS nümayəndə heyətinə hərəkatın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk başçılıq edib.
Rusiya diplomatik xidməti də bu barədə məlumat yayıb.
“HƏMAS İslami Müqavimət Hərəkatının Siyasi Bürosunun üzvü Əbu Mərzuk Moskvadadır. Hərəkatın nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin mövqeyini və Rusiya Federasiyasının fəal diplomatik səylərini yüksək qiymətləndirib”, - məlumatda deyilir.
Bildirilir ki, görüşdə Qəzza zolağında yerləşən əcnəbi girovların dərhal azad edilməsi, Rusiya və digər əcnəbi vətəndaşların Fələstin anklavından təxliyəsinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 206 175 159 170 144

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.