ice berg

ice berg İdman 16-10-2023, 20:41

Peşəkar karyerasında 1000-ci oyununu keçirdi

Peşəkar karyerasında 1000-ci oyununu keçirdi
"Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç peşəkar karyerasında 1000-ci oyunda çıxış edib.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, Xorvatiya millisinin kapitanı oktyabrın 15-də Avro-2024-ün seçmə mərhələsində Uelslə oyunda (1:2) start heyətində yer alıb. Bu qarşılaşma 38 yaşlı xorvatiyalının karyerasında yubiley – 1000-ci oyun olub.

Modriç karyerası ərzində "Real"da bütün oyunların demək olar ki, yarısını keçirib - 497. Yarımmüdafiəçi həmçinin Xorvatiya millisində 170, "Tottenhem"də 160, Zaqreb "Dinamo"sunda isə 130 oyuna çıxıb. Karyerasının əvvəlində Modriç icarə əsasında “Zrinjski Mostar” və “İnter Zapresiç” klublarında daha 43 oyun keçirib.

Uels (1:2) və Türkiyədən (0:1) məğlub olan Xorvatiya yığması D qrupunda üçüncü pilləyə düşüb, Avropa çempionatına vəsiqə probleminin həllini çətinləşdirib. Xorvatlar Avro-2024-ə qalan vəsiqə uğrunda uelslilərlə mübarizə aparacaq. Noyabrda baş tutacaq final seçmə oyunlarında Xorvatiya səfərdə Latviya, evdə Ermənistanı qəbul edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
233 237 229 172 223 195

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.