ice berg

ice berg Şeirlər 16-10-2023, 22:00

Eləmir

Eləmir
Sənin, ey gül, mənə çəkdirdiyini xar eləmir,
Hicr oxuntək heç o qəlbi deşərək, yarələmir.

Qovma bağdan, onu viranəyə sürgün eləmə,
Axı bülbüldü könül, qarğa kimi, qar eləmir.

Yaxşı, qırdın ürəyi, car niyə çəkdin cahana?
Yaxşı işdən sol əl heç sağı xəbərdar eləmir.

Daşır həsrətli şeirlər ürəyimdən, amma,
Səni dəftər- qələmə qısqanır, izhar eləmir.

Yaradır vəhdəti naləm ilə şeirim, o cürə
Heç müşayiət naşı xanəndəni də tar eləmir.

Neylirəm tərif üçün söylədiyin kəlmələri?
O şirin sözləri yığ, heç quru azzar eləmir.

Dinsiz haqqından imansız gələr, ancaq Elnur,
Sənə tək çarə ölümdür, daha söz kar eləmir.

Elnur Əliyev |

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
313 310 334 331 259 264

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.