ice berg

ice berg Avto Dünya 8-10-2023, 11:02

Mexaniki sürət qutusuna maraq yaradan QƏRİBƏ SƏBƏB

Mexaniki sürət qutusuna maraq yaradan QƏRİBƏ SƏBƏB
ABŞ-də mexaniki ötürməli avtomobillərə maraq yenidən artır. Amerikalılar bu transmissiyanı avtomobilin oğurlanmasına qarşı ən səmərəli vasitə hesab etsələr də, səbəb təkcə bu deyil.

Loading.aZ xəbər verir ki, bir çox sürücüdə hərəkət vaxtı telefonla oynamaq vərdişə çevrilib. Bu da son nəticədə qəza və ya cərimə ilə nəticələnir.

Rəy sorğuları göstərir ki, mexaniki ötürməni seçənlərin böyük əksəriyyəti məhz bu vərdişdən qurtulmaq üçün belə addım atır. Avtomat ötürmədən fərqli olaraq mexanikada sağ əl və sol ayaq daim hərəkətdə olduğu üçün telefon və ya planşetdə kiminləsə yazışmaq mümkün deyil.

Amerikalıların arqumentlərinə şübhə ilə yanaşmasam da, bir məsələni əlavə etmək istəyirəm: Bu gün də Bakıətrafı qəsəbələrdə qulağında telefon, bir əli ilə sərnişinə pul qaytarıb digər əli ilə sükan tutan, və hətta ötürməni dəyişən sürücülərə hələ də rast gəlinir. Bu xəbərin ingiliscə orijinalını tərtib edən amerikalı həmkarım isə Nyu-Yorkun mərkəzində yaşadığı üçün belə şeyləri bilməz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
292 244 256 283 262 218

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.