İrlandiya Boks Federasiyası (IABA) rusiyalı Umar Kremlevin rəhbərlik etdiyi Beynəlxalq Boks Assosiasiyasının (IBA) tərkibində qalmağa qərar verib.
"Loading.aZ'ın qurumun saytına istinadən verdiyi məlumata görə, növbədənkənar iclasda nümayəndələr IBA-dan dərhal çıxmaqla bağlı yekdil qərar qəbul edə bilməyiblər.
Dəyişikliyi qəbul etmək üçün 75 faiz səs toplamaq lazım idi.
Bundan əvvəl İsveçrə Boks Federasiyası da IBA-dan çıxmaqdan imtina edib. Avqust ayında IBA-ya alternativ olan "World Boxing" təşkilatı 12 federasiyanın ayrılaraq ona birləşdiyini elan edib.
LoaDinG.Az - Həyat Hekayəni Yarat
İrlandiya Beynəlxalq Boks Assosiasiyasında qalmağa qərar verib
LoaDinG.Az xəbər saytı
LoaDinG.Az xəbər saytı