. - Sən gedib məndən alandan məni qaldım sənsiz,
Gəlmədin gözləri yolda qocaldım sənsiz..
Bir qərib şam işığı bir həzin hicran otağı,
Sənlə birlikdə keçən günlərə daldım sənsiz..
Eşq bazarına getdim, belə sevda etdim,
Fǝrǝhi, nəşəni satdım, kədər aldım sənsiz..
Getmisən, badeyi-hicran içirem, ey daş ürək
Vəsl peymanəsini daşlara saldım sənsiz..
Hicr döndərdi könül mülkünü qəm vadisinə,
Necə qəmlə dolu karvan yola saldım sənsiz..
Taleyim qarə günüm qarədi, bəxtim qarǝ,
Məni hər gün qara basdırdıqca qaraldım sənsiz..
Ayrılıq bağçalarından sarı güllər dərdim,
Sarı güllər kimi həsrətdə saraldım sənsiz..
- Vüqar Biləcəri..