Ana südü ilə qidalanan körpələrdə həssaslıq və qaz problemi. Körpələr adətən süd məhsulları, brokoli, kələm, banan, yumurta və ya sarımsaq kimi qidaları yedikdən sonra 24 saat boyu qazlı və narahat olurlar. Buna görə körpəsini əmizdirən analar bu müddət ərzində bu kimi qidalardan uzaq durmalıdır.
Loading.aZ TRT-yə istinadən xəbər verir ki, bunu doktor Mehmet Uçar söyləyib.
Körpələrdə daha çox qaz olması normaldır, çünki çox hava udurlar.
Əgər ana südü ilə qidalanan körpə qazdan narahat görünmürsə, yeməyi tənzimləməyə ehtiyac yoxdur. Ümumiyyətlə, süd verən analar heç bir problem olmadan müxtəlif yeməklər yeyə bilərlər. Ana südü ilə qidalandırarkən civəli balıq, bəzi göy-göyərti, süd məhsulları, kofein və şokolad məhdudlaşdırılmalıdır.
Əmizdirən bir ananın qazlı körpəyə görə pəhrizi. Körpə üçün xüsusilə inək südü allergiyası nəzərə alınmalıdır. Uşaq ancaq inək südü ilə qidalanırsa və buna allergiyası varsa, mütləq amin turşusu əsaslı peptid qarışıqları olan başqa qidalara keçilməlidir. Qeyd etmək lazımdır ki, formula qidaları da inək südü zülalına əsaslanır.
Ağrılı qazı olan körpəyə görə ana ən azı bir-iki həftəlik bəzi məhsulları yemək menyusundan çıxarsa, yaxşı olar.
Əlavə kiçik qəlyanaltılarla birgə gündə ən azı 3 dəfə və hər gün eyni vaxtda yemək.
Tərkibində kofein olan qida və içkiləri məhdudlaşdırmaq. Nümunələrə şokolad, qəhvə, çay və qazlı içkilər daxildir.
Hər gün bol su içmək. Susuzsunuzsa, demək kifayət qədər içməmisiniz.
Süni dadlandırıcılar və qidaları azaltmaq, ən yaxşısı, heç istifadə etməmək.
Hamiləlik dövründə çəki artmışsa, onu yavaş-yavaş azaltmaq.
Həm süd verən anada, həm də körpədə qaz problemi yaradan qidalar bunlardır.
Liflilərdən kəpək, lobya və tam taxıl məhsulları,
meyvələrdən sitrus, banan, alma, şaftalı, armud, gavalı, ərik və qurudulmuş olanları,
tərəvəzlərdən brokoli, gül kələm, kələm və Brüssel kələmi.
sarımsaq və ədviyyatlı qidalar,
makaron yeməkləri,
sarımsaqlı qidalar,
süd və məhsullarından süd, pendir, qatıq, pudinq, dondurma, kazein, zərdab və ya natrium kazeinat olan hər hansı yeyəcək,
qazlı içkilər,
yumurta, buğda, fıstıq, soya, balıq və qoz-fındıq da daxil olmaqla digər potensial allergen qidalar qaz və digər simptomlara səbəb ola bilər.
Eliminasiya pəhrizini yoxlamaq lazımdır. Bununçün diaqnozu ananın reaksiyası ilə sınaqdan keçirmək və pəhrizdə bəzi şübhəli qidaları tədricən məhdudlaşdırmaq lazım gələcək. Müalicə ananın pəhrizindən bəzi qida maddələrinin çıxarılmasıdır.
LoaDinG.Az - Həyat Hekayəni Yarat
ice berg Körpəyə qulluq 23-08-2023, 16:00
Körpəsində köp olan anaların DİQQƏTİNƏ!
LoaDinG.Az xəbər saytı
LoaDinG.Az xəbər saytı