LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
HASANLY

HASANLY İdman 18-08-2023, 14:48

Azərbaycan voleybolçusu: “Avropa çempionatında zəif rəqib yoxdur”

Azərbaycan voleybolçusu: “Avropa çempionatında zəif rəqib yoxdur”
LoaDinG.Az xəbər saytı
“Avropa çempionatının final mərhələsində zəif rəqib yoxdur”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva yarışla bağlı danışarkən deyib.

33 yaşlı oyunçu turnirdə aşkar favorit komandaların olduğunu söyləyib:

“Millətlər Liqasının qalibi Türkiyəni nümunə göstərə bilərəm. Digər rəqiblərimizi də mütləq məğlub etməliyik. Biz bunu bacara bilərik, komandamıza inanıram. Yaxşı hazırlıq keçdik. Çox istərdim ki, uğurlu çıxış edək. Mənim üçün son Avropa çempionatı olduğunu nəzərə alsaq, istəyirəm ki, hər şeyin ən yaxşısını edək və nəticə qazanaq”.

Əliyeva ilk məqsədlərinin qrupdan çıxmaq olduğunu diqqətə çatdırıb:
“Sonra isə mümkün qədər irəli getmək niyyətindəyik. Əlbəttə, bütün zədələrə, ağrılara baxmayaraq, çox çalışmışıq. Hər bir oyunçumuzun çox əməyi var və istəyirik ki, bu, əvəzsiz qalmasın. Hər bir idmançıya əməyinin, zəhmətinin qarşılığını görmək lazımdır”.

Təcrübəli voleybolçu 6-cı və sonuncu dəfə qitə birinciliyində mübarizə aparacağını vurğulayıb:

“Əlimdən gələni edəcəyəm ki, mənə etdikləri hər şey üçün Azərbaycana təşəkkür əlaməti olaraq daha yaxşı oynayım, qələbələr və uğurlu nəticələr qazanaq, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıraq. Komanda olaraq buna çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Çexiya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 176 223 180 221 154

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.