Gizlədə bilmədim məhəbbətimi


El elə qınadı,mən səni sevdim,
axı səndə gördüm səadətimi...
Dedilər,bu eşqi bilən olmasın,
gizlədə bilmədim məhəbbətimi...
Gah gülə söylədim,gah suya dedim,
gah yerə,gah göyə-havaya dedim...
Dilim dinc durmadı,hamıya dedim,
danışdım hər kəsə həqiqətimi...
Bu da son... gəldiyim yol oldu zülmət,
mənim də taleyim beləymiş,əlbət...
Düşümmü çöllərə yoxsa,nəhayət,
sınayım Məcnuntək sədaqətimi!...
