ice berg

ice berg Sağlamlıq 14-06-2023, 15:53

Axşamlar nələri yemək olmaz?

Axşamlar nələri yemək olmaz?
Qidalanma yuxunun keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Loading.aZ xəbər verir ki, bunu Rusiya mediasına psixologiya elmlər namizədi, dosent, somnoloq Aleksey Melexin bildirib. Somnoloq yaxşı yuxunu təşviq edən qidaları açıqlayıb, möhkəm yuxuya hansı məhsulların töhfə verdiyini izah edib.

Mütəxəssisin fikrincə, yatmazdan bir-iki saat əvvəl qidadan imtina etmək ən yaxşısıdır, ancaq qəlyanaltı qəbul etmək istəsəniz, karbohidratlı və kofeinli qidalardan qaçmaq lazımdır: “Yemək yalnız mədə-bağırsaq traktının deyil, həm də sinir sisteminin işidir. Hələ axşam yemək istəyirsənsə, bunlar stimullaşdırıcı təsiri olmayan məhsullar olmalıdır”.
A.Melexin, bir çox qidaların insana sakitləşdirici təsir göstərdiyini qeyd edib. Məsələn, triptofanla zəngin olan qidalar, xüsusilə yuxusuzluqdan əziyyət çəkən insanları sakitləşdirir və yuxunu yaxşılaşdırır. Bu məhsullar arasında qoz-fındıq, banan, pendir, paxlalı bitkilərin yanında mal, hinduşka, quzu əti də var.

Somnoloqlar əvvəllər yaxşı yuxu üçün axşamlar fiziki fəaliyyətdən, xəbərləri izləməkdən, gərgin söhbətlərdən imtina etməyi tövsiyyət ediblər. Bundan əlavə, həkimlər yataqda işləməyi məsləhət görmürlər. Hesab olunur ki, yataq- beyində yalnız yuxu və istirahət ilə assosiasiya olunmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
189 181 158 190 196 157

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.