ice berg

ice berg Məşhurlar 20-06-2023, 09:30

Meqan dünyanın ən bahalı blogeri olacaq

Meqan dünyanın ən bahalı blogeri olacaq
"Spotify" Meqan Markl və şahzadə Harri ilə müqaviləni ləğv etdikdən sonra hər kəs cütlüyün bundan sonra xidmətçi, mühafizəçi heyəti ilə bahalı malikanədə necə yaşayacağını gündəmə gətiriblər.

Loading.aZ xarici mediaya istinadən xəbər verir ki, bu günlərdə "Netflix"ində eyni addımı atmağı düşündüyünü, 80 milyonluq müqavilənin şərtlərini yenidən nəzərdən keçirməyə hazırlaşdığı bildirilib. Vurğulanıb ki, cütlüyün qalmaqallı sənədli serialdan sonra tamaşaçıları maraqlandıracaq heç bir gizliliyi qalmayıb.

Bütün bunlar isə harri və Meqanı narahat etmir. belə ki, onları növbəti müqavilə gözləyir. Cütlük 20 milyon dollarlıq müqavilə bağlaya bilər. "Daily Mail"dəki mənbə Meqanın "Dior"un siması olmaq təklifi aldığını və əfsanəvi moda evi ilə son dərəcə sərfəli müqavilə bağlamaq üzrə olduğunu yazıb.

Meqan dəfələrlə rəsmi tədbirlərdə fransız brendinin geyimlərində görünüb. Məşhur Hollivud PR agentliyi və əfsanəvi menecer Ari Emanuel rüsvay olmuş hersoginyanın rebrendinqinə görə məsuliyyət daşıyırlar. İnsayderlərin sözlərinə görə, onlar hersoginya imicini qalmaqallıdan hörmətliyə çevirmək istəyirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
214 203 194 179 202 216

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.