WhatsApp üçün yeni ÖZƏLLİK- Video mesajlaşma erası gəlir

Windows, Android və iOS platformalarında davamlı olaraq sınaqdan keçirən WhatsApp indi istifadəçilər üçün çox faydalı olacaq bir funksiya üzərində işləyir.
WhatsApp iOS və Android üçün beta yeniləmələrində video mesajlar adlı yeni funksiyanı sınaqdan keçirir.
Loading.Az xəbər verir ki, WhatsApp-a gələn video mesaj xüsusiyyəti ilə siz 60 saniyəlik videolarınızı anında yazıb digər istifadəçilərə göndərə biləcəksiniz.
WhatsApp hesabınız üçün video mesajlaşma funksiyasının mövcud olub-olmaması ilə maraqlanırsınızsa, əvvəlcə istənilən söhbət ekranına daxil olmalısınız.
Söhbət panelindəki mikrofon işarəsinə toxunduğunuz zaman mikrofon kameraya çevrilirsə, siz video mesaj funksiyasından istifadə edə bilərsiniz.