ice berg

ice berg Sağlamlıq 13-06-2023, 23:00

Axşam yeməyindən imtina etsək, orqanizmdə nə baş verər?

Axşam yeməyindən imtina etsək, orqanizmdə nə baş verər?
Son illərdə bir çoxları artıq çəkidən qurtulmaq üçün axşam yeməyi yemirlər. Normal çəkidə qalmaq üçün saat 18-dən, 19-dan və ya 20.00-dan sonra qida qəbul etməyənlər çoxdur. Bu, bir çox hallarda mütəxəssislərin, dietoloqların tövsiyəsi ilə baş verir. Amma bunun əksini düşünənlər də var.

LoaDinG.aZ xarici KİV-ə istinadla xəbər verir ki, yapon alimləri hesab edirlər ki, axşam yeməyindən qaçmaq gələcəkdə çəkinin artmasına səbəb ola bilər. "The New York Post" xəbər verir ki, mütəxəssislər 3 il ərzində 17573 kişi və 8860 qadın müşahidə ediblər. Axşam yeməyini ötürən iştirakçıların artıq kütlə yığdıqları məlum olub.

Alimlər kişilərin 10,8 faizi, qadınların isə 17,1 faizinin axşam yeməyi yemədiklərini təxmin edirlər. Kilo artımının digər ümumi səbəbləri arasında yaş, yuxu çatışmazlığı, həddindən artıq alkoqol qəbulu və siqaret çəkmək var.

Tədqiqatçılar, axşam yeməyindən çəkinməyin, güclü aclıqdan qaynaqlanan nizamsız bir iştaha səbəb olduğunu deyirlər. Yəni insan yemək miqdarına nəzarət edə bilmir.

Bu nəzəriyyə hələ 100 faiz sübut edilməyib, lakin alimlər bu nəticənin piylənmənin qarşısını almaq üçün istifadə edilə biləcəyini qeyd edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
213 228 202 232 188 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.