LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 8-06-2023, 16:39

"Medera Hospital"da ölüm: Əməkdaşı plastik əməliyyat etdirdi, öldü

"Medera Hospital"da ölüm: Əməkdaşı plastik əməliyyat etdirdi, öldü
LoaDinG.Az xəbər saytı
Xəbər verdiyimi kimi, Bakıda "Medera" Hospitalda plastik əməliyyat etdirən qadın vəfat edib.

Loading.Az xəbər verir ki, sözügedən hadisə ilə əlaqədar bir sıra faktlar əldə edib.

Bildirilir ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım "Medera" Hospitalda "Resepşn"da işləyirmiş.

O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.

Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.

Xanım ailəli olub, bir qız övladı var.

Sözügedən məsələ ilə bağlı hospitaldan saytımıza bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir. Digər suallarımızı isə xəstəxana cavabsız qoyub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
187 209 167 183 167 162

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.