LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Sağlamlıq 7-06-2023, 17:00

Dəniz məhsullarında hansı konservantlar istifadə edilir?

Dəniz məhsullarında hansı konservantlar istifadə edilir?
LoaDinG.Az xəbər saytı
Məlumdur ki, dəniz məhsullarının istifadə müddəti çox qısadır, lakin onların əksəriyyətində heç bir süni konservant olmamalıdır.

Bu barədə Gazeta.ru-ya müsahibəsində “Putin”in balıq emalı şirkətinin texnoloqu Yuliya Budovskaya bildirib.

Kürü saxlamaq üçün yalnız duz kifayətdir, həmçinin məhsul dondurulmuş formada saxlanılmalı və daşınmalıdır. Ancaq bəzi istehsalçılar əlavə konservantlardan istifadə edirlər. Ekspertin fikrincə, onlardan yalnız sorbin turşusu və natrium benzoat məqbuldur, eyni zamanda dövlət və beynəlxalq standartlarla təsdiqlənir. Həmçinin qida əlavələri də əlavə etmək mümkündür.

“Balıq konservlərində, maya və kif göbələklərinin inkişafı ilə əlaqədar xarab olmamaq üçün konservantlar lazımdır. Açıq korservi soyuducuda saxlanılmalıdır, kürü bir və ya iki gündən çox qala bilməz. Duz və ədviyyatlar istisna olmaqla, öz şirəsində konservləşdirilmiş kalamar və ahtapotların tərkibində heç bir əlavə komponent olmamalıdır. Eyni şey qaraciyərinə də aiddir: kifayət qədər dəfnə yarpağı, duz və ətirli bibər”, – ekspert bildirib.

Budovskaya onu da bildirib ki, şüşə qablar çoxlarının düşündüyü kimi məhsulun təzəliyinin göstəricisi deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 215 225 207 175 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.