reklam
PSJ yeni müdafiəçi və hücumçu alır - FOTO PSJ yeni müdafiəçi və hücumçu alır - FOTO https://loading.az/uploads/posts/2023-05/thumbs/1685018173_646f119555ff1646f119555ff21685000597646f119555fef646f119555ff0.jpg
ice berg

ice berg İdman 26-05-2023, 08:30

PSJ yeni müdafiəçi və hücumçu alır - FOTO

PSJ yeni müdafiəçi və hücumçu alır - FOTO
“Bavariya”nın müdafiəçisi Lukas Hernandes Fransanın PSJ-yə keçmək üçün klubla yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.

LoaDinG.aZ xarici mediaya istinadən bildirir ki, PSJ Serxio Ramos və Presnel Kimpembenin mümkün gedişi fonunda yeni mərkəz müdafiəçiləri almaq istəyir. Parislilər artıq “İnter”in futbolçusu Milan Şkrinyarın transferi ilə bağlı razılığa gəliblər. PSJ “Bavariya”nın müdafiəçisi Hernandesi də transfer etmək istəyir.

Hernandes özü də PSJ-yə keçmək istəyir. Çünki Paris klubu artıq ona klubun inkişafı layihəsini təqdim edib. Fransa çempionunun düşərgəsinə mümkün keçidi üçün Hernandez Münhen komandası ilə yeni müqavilə üzrə danışıqları dayandırıb. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Bundan əlavə, PSJ-nin "Mançester Siti"nin hücumçusu Bernardo Silvanı da transfer etmək istəyir. Məlumata görə, Paris klubu bununla bağlı ingilis klubuna təklif göndərib. 28 yaşlı Silva 53 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun "Mançester Siti" ilə müqaviləsi 2025-ci ilə qədərdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
124 151 108 116 139 107

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.