reklam
Ərəb dili - 1 ci dərs Ərəb dili - 1 ci dərs http://imgs.su/users/73432/1501577884.jpg
Ganbarofh

Ganbarofh İslam Dini 1-08-2017, 12:00

Ərəb dili - 1 ci dərs

Ərəb dili - 1 ci dərs
Ərəb dili - 1 ci dərs
BİRİNCİ DƏRS


Həzrəti Peyğəmbər (s) buyurub: "Sizin ən yaxşınız Quranı öyrənib,başqalarına öyrədəndir”.

ƏRƏB ƏLİFBASI HAQQINDA 

ÜMUMİ MƏLUMAT

Ərəb əlifbasında 28 hərf vardır.Ərəb əlifbasındakı hərflər yalnız samit səsləri bildirir. Sait səslər isə "hərəkə” adlanan xüsusi işarələrlə ifadə olunur. 
Hər dildə olduğu kimi ərəb əlifbası hərflərinin özünəxas yazılışı, adı və tələffüzü vardır.
Ərəb dilində oxumağı və yazmağı öyrənənlər ərəb hərflərinin düzgün yazılışına və tələffüzünə xüsusi diqqət yetirməlidirlər.
Ərəb hərfləri bizim hərflərdən fərqli olaraq sağdan-sola yazılır və oxunur. Ərəb hərfləri böyük və kiçik hərflərə bölünmür. 
Sözlər hərflərin birləşməsi ilə əmələ gəlir və ərəb hərfləri birləşərkən onun birləşən forması sərbəst formasından bir qədər fərqlənir. Buna görə də hərflərin təlimində hərfin həm sərbəst, həmdə birləşən forması göstərilmişdir. 
Bu dilin müxtəlifliyindən biri odur ki, bəzən eyni samitlər 2, 3 və hətta 4 müxtəlif şəkildə yazılır. 

ƏRƏB ƏLİFBASININ TƏLİMİ

1-ci hərf- " Əlif ”. Əlif hərfi 2 cür yazılır. Bu hərf özündən sonrakına birləşmir, o zaman müstəqil yazılır. Özündən əvvəlkinə isə ortada olan forması ilə birləşir.
Adı - ƏLİF 
Səsi - İşarə qoyulmadıqda heç bir səs vermir.
Tipi - 2 cürə yazılır

 

Ərəb dili - 1 ci dərs



2-ci hərf - "  ”. Bə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın.
Adı Bə 
Səsi - B
Tipi - 4 cürə yazılır

 

Ərəb dili - 1 ci dərs



3-cü hərf- "  ”. Tə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın 
Adı Tə 
Səsi - T 
Tipi - 4 cürə yazılır

 

Ərəb dili - 1 ci dərs



4-cü hərf- "  ”. Sə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Bu hərfi ifadə etmək üçün dilin ucu alt və üst dişlərin arasında olaraq ifadə edilir.Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın 
Adı Sə 
Səsi - pəltək S (dilin ucu alt və üst dişlərin arasında olaraq ifadə edilir.)
Tipi - 4 cürə yazılır

 

Ərəb dili - 1 ci dərs



HƏRF BİRLƏŞMƏLƏRİ

 

Ərəb dili - 1 ci dərs

 

Keçdiyimiz hərflərin yazılış və tələffüz qaydaları
Qeyd: Birinci dərsi tam öyrənməmiş İkinci dərsə keçməyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
634 713 611 599 641 651

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.