reklam
Kişilər nələri qısqanırlar? Kişilər nələri qısqanırlar? https://loading.az/uploads/posts/2023-05/thumbs/1684957375_kisiler.png
ice berg

ice berg Kişilər 24-05-2023, 13:30

Kişilər nələri qısqanırlar?

Kişilər nələri qısqanırlar?
Elə bilməyin ki, tək qadınlar qısqanclıqda peşəkarlaşıb. Əsla. Xanımlar qədər bəylər də sevdiklərini qısqanırlar. Bəlkə də onlar daha çox bu hissi yaşayırlar, sadəcə bəlli etməyi sevmirlər.

Bəs kişilər ən çox nələri qısqanırlar?

LoaDinG.aZ "Esquire" saytına istinadən sizə bəylərin qısqanclığından yazır...

Bəzən kişilər qısqandıqlarını sözlərlə deyil, baxışları ilə büruzə verirlər. Bəziləri isə nə bir söz deyir, nə də bu hissi gözlərindən bəlli edir. Bir sözlə qısqansalar da, içlərində yaşayırlar.

Məsələn, onlar sevdikləri xanıma başqa bir kişinin baxmağını istəməzlər. Əgər ətrafınızda yad bir bəy varsa, o, sizinlə daha çox maraqlanacaq, əlinizi tutacaq. Bu da sizi sahibləndiyini və qısqandığını göstərir.

Dostlarınızla görüşmək istədiyiniz bir vaxtda çox əsəbi olur? Cavabı hədirsə, deməli, sizi qısqanır. Kimlərlə hara gedəcəyinizi, neçədə evə qayıdacağınızı da soruşursa, bu duyğu konkretləşib.

Bu ipucu artıq şablonlaşmış olsa da, reallıqdır. Geyimlərinizə qarışmaqları bir nömrəli qısqanclıq göstəricilərindəndir. Xüsusilə də qısa ətək və dekolteli paltarlar geyinməyinizi istəməyəcəklər. Onlara qulaq asmayıb geyinirsinizsə, küskünlükləri və əsəbləri günlərlə davam edə bilər.

Qız-qıza da olsa, gecələr bir yerə getməyinizi istəməzlər. Başqa kişilərdən qısqanmaqları ilə yanaşı içki içmə ehtimalınız da onları özlərindən çıxara bilər.

Telefonda çox vaxt keçirməyiniz onları qıcıqlandırar. Çünki kiminlə mesajlaşdığınızla maraqlanarlar. Əsəbiləşməyə başlayarlar və bir bəhanə ilə telefonunuzu alıb, baxarlar.

Dostunuz belə olsa, başqa bir kişinin zarafatına uzun-uzun gülməyiniz onu qısqandıra bilər. Yaxud da bir bəydən səmimi sözlərlə danışmağınız onu əsəbiləşdirəcəkdir.

Sevirsinizsə, dözün, deməyəcəyik. Bu hallar sizi yorursa, ayrıla bilərsiz...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 166 150 165 174 176

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.