Xaricilərdə və bizdə


Xaricilərdə evlənmə:
- Flört
- Birlikdə yaşama
- Ailələrin tanışlığı
- Nikah
- Ailə və dostlarla kiçik mərasim
- Bal ayı
- Normal həyata dönüş
Azərbaycanda evlənmə:
- Evdəkilərdən gizlin tanışlıq, orda-burda görüşmə
- Qızın oğlanla görüşdüyünü etiraf etməyi. Evdə gərginlik, dava-qırğın.
- Ananın birtəhər atanı yola gətirməyi.
- Oğlanın nəslini araşdırma
- Arvadların tanışlığa gəlməyi
- Kişili-arvadlı elçilik
- Həri
- Söz-söhbət (həridə eltinin anasının iştirak etməməsi)
- Nişan bazarlığı
- Nişan
- Dava (ucuz komplekt alınıb, qolbaq nazik olub, oğlana qoyulan pijama krujevalı deyil və s.)
- Qurbanlıq (qırmızı ayaqqabılı qoyun)
- Dava (qoyunun qanı yaxşı axmadı)
- Qızın ad günü
- Söz-söhbət (baldız göz süzdürüb)
- Ev bəzəmə (cehizə görə borca girmə, atanın fikir eləməyi, qaynananın bəyənməməyi)
- Gəlinliyin seçilməsi (oğlan zəng vurur: sinəsi açıq olmasın haa)
- Xına (10 barmağını havaya tutub xınalı gəzmə, ovuca baş hərf yazılma, qızın başına fırlanma)
- Yolkəsdi
- Gəlinaparma (qapının ağzında soxasox oynamaq)
- Toy (dünyanın xərci, 85 cür təam, heç vaxt üzünü görmədiyin adamların ot duşi şıdırğı oynamağı)
- Toyda dava (oğlanın yeznəsinin bacanağı qızın xalası oğlunun bibisi nəvəsinin zakazına icazə verməyib)
- Toydan sonra dava (baldız niyə ağ geyinmişdi, gəlin tək olar)
- Yengə
- Üçgünlük
- Bal ayı (oğlangilin kəndinə nənəsinin əlini öpməyə getmək)
- 1 ay sonra: bişey mişey var?
- 1 il sonra: niyə qız doğmusan? Oğlan doğ, nəsil davam eləsin, sən də yerini bərkit...
- 5 il sonra: oğlan tərəfin hələ də toy xərclərini, qız tərəfin cehizin kreditini ödəyib qurtara bilməməsi.
©