V_L

V_L İdman 31-07-2017, 15:06

İdmançımızdan böyük uğur: Dünya Oyunlarının qalibi oldu

İdmançımızdan böyük uğur: Dünya Oyunlarının qalibi oldu
İdmançımızdan böyük uğur: Dünya Oyunlarının qalibi oldu


Karateçimiz Firdovsi Fərzəliyev Dünya Oyunları turnirində sensasiya edib.

Loading.az xəbər verir ki, F.Fərzəliyev (60 kq) Emad Əlmaliki (Səudiyyə Ərəbistanı), Geofri Berens (Hollandiya) və Matias Qarsia Qomesə (İspaniya) qalib gələrək, yarımfinala yüksəlib.

Həmyerlimiz tanınmış braziliyalı idmançı Duqlas Santos Brosu 5:0 hesabıyla məğlub edərək finala adlayıb. Həlledici görüşdə dünya reytinqinin birincisi, iranlı Əmir Mehdizadəni 4:2 üstələyən karateçimiz qızıl medalı boynundan asıb. Dünya Karate Federasiyasının saytı yazıb ki, Firdovsi Fərzəliev turnirin sensasiyasını edərək çempion olub.

Bu nəticə ilə Azərbaycan Dünya Oyunlarının karate yarışlarında ilk gün 12 medal qazanan ölkələr arasında Yaponiya və Fransa ilə birgə liderliyi bölüşür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
427 353 343 357 312 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.