reklam
Heç də bütün arzular həyata keçmir Heç də bütün arzular həyata keçmir http://loading.az/uploads/posts/2017-07/1501498045_19436662_750163425188217_5431631146800644096_n.jpg.jpg
Ulya

Ulya Maraqlı 31-07-2017, 15:00

Heç də bütün arzular həyata keçmir

Heç də bütün arzular həyata keçmir
Heç də bütün arzular həyata keçmir


İnsan həyatı arzularla doludur. Amma bütün arzularımız yerinə yetmir. Bəzən buna "Nə yaxşı ki..." deyirik, bəzən də heyfsilənirik. Uşaqlıqda çoxumuzun gələcəklə bağlı arzularımız olub. Bu arzular nə dərəcədə yerinə yetib? Tanınmış insanların həyata keçməyən uşaqlıq arzularıyla tanış olun...

1. "Mən uşaq vaxtı aşpaz olmaq istəyirdim, lakin həyata keçmədi". Bill Geyts.
2. Con Rokfeller 100 min dollar qazanıb, 100 yaşına qədər yaşamağı arzulayırdı. Amma 318 milyard dollar qazanıb, 97 yaşında dünyasını dəyişdi.
3. Hətta Roman Abramoviç də anası kimi müəllim olmaq istəyirdi, lakin baş tutmadı.
4. Roma papası uşaqlıqda rəngsaz olmağı arzulayırdı.
5. Medvedev bildirib ki, 5-ci sinifə qədər müəllim olmaq istəyib, artıq 2-ci sinifdən yoxlamaq üçün dəftərləri ona veriblər.
6. "Lukoyl" ASC-nin vitse-prezidenti Leonid Fedun xatırlayır ki, uşaqlıqda arxeoloq olmaq istəyirmiş.
7. "Alfa-Bank"ın prezidenti Petr Aven akademik olmaq istəyirdi.
8. Linkoln dəmirçi olmağı arzulayırmış.
9. Madonna etiraf edib ki, şirniyyat dükanında satıcı işləməyi arzulayıb.
10. "Uşaqlıqda rəssam olmağı arzulayırdım". Viktor Tsoy.
11. Yanukoviç uşaqlıqda kadet olmağı arzulayırmış.
12. Nikolay Drozdov (Sovet və rus zooloq-alimi, biologiya elmləri doktoru): "Uşaqlıqda kentavr olmağı arzulayırdım".
13. Sergey Polonskiy (rus memar və arxitektoru, Rusiya Memarlar Assosiasiyasının birinci vitse-prezidenti) kosmonavt olmaq arzusu haqqında danışır.
14. Mixail Proxorov (siyasətçi, sahibkar və milyarder) uşaqlıqda doyunca yeməyi arzulayırmış.
15. "İnanmazsınız, uşaqlıqda memar olmağı arzulayırdım!" Donald Tramp (amerikalı biznesmen, radio və televiziyanın məşhur siması, yazıçı)


Redaktə etdi: MiracLe..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
370 345 313 325 399 329

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.