reklam
Sevginin əlamətləri Sevginin əlamətləri http://loading.az/uploads/posts/2017-07/1501494807_19534961_302596990167631_1948948372425539584_n.jpg.jpg
Ulya

Ulya Sevgi 31-07-2017, 14:30

Sevginin əlamətləri

Sevginin əlamətləri
Sevginin əlamətləri


Kişilər necə sevir?

Sevən qadınlar bəzən kişilərin bütün mənfi xüsusiyyətlərini də müsbət hal kimi dəyərləndirirlər. Bəs görəsən kişilər necə sevir?


Hansı davranışlarından müəyyən etmək olar ki, güclü cinsin nümayəndələri həqiqətən də seçdiyi qadın üçün hər şeyə hazırdır? Sevən kişinin əlamətlərini aydınlaşdırmağa calışaq.

1. O, seksual hisslər kecirir.

Təbii ki, bu hisslər əyləncə kimi yanaşdığı qadınlara da ola bilər. Əgər kişi qadınla gələcək həyat və nəsil artırmaqdan danışırsa, deməli ömrünü onunla keçirməyə hazırlaşır. Qadınlar unutmamalıdır ki, nə qədər əlçatmaz olsalar belə qarşı tərəf üçün bir o qədər də arzuolunan olacaqlar. Odur ki, əziz xanımlar unutmayın ki, istək həmişə sevgi demək deyil.

2. O, könül həmdəmini axtarır.

Sizinlə daim bir yerdə olmağa can atır. Tez-tez zəng edir, özü haqqında danışır, sizin uşaq vaxtı etdiyiniz dəcəllikləri dəfələrlə maraqla qulaq asır, bir sözlə hər addımınızda sizin kölgənizə çevrilir. Kişinin hər davranışından sevgini biruzə verməyi gözləmək də ağılsızlıqdır. Bəziləri gözəl sözlər deməyi bacarsa da, digərləri iki cümləni düzüb-qoşa bilmir. Kimisi müxtəlif hədiyyələr etsə də, bəziləri ancaq vədlər verməklə kifayətlənir. Ən əsası odur ki, sizi olduğunuz kimi qəbul etsin.

3. Sizi öz həyatına daxil edir.

Kişilər həyatlarına kimisə daxil etməklə azadlıqlarını itirmək fikrinə nadir hallarda düşürlər. Xanımlar, diqqəti əldən verməyin. Əgər o sizə öz mənzilində yerdəyişmə etməyə, dağılmış əşyaları yığışdırmağa, onun üçün yemək bişirib, hətta köynəyini yumağa icazə verirsə, bu o demək deyil ki, sizi dəlicəsinə sevir. Ola bilər ki, bütün bu işləri özü görməyə tənbəllik edir. Bununla yanaşı sizinlə hər hansı addımı atmadan əvvəl məsləhətləşir.

4. Fədakarlığa hazırdır.

O sizə görə bütün planlarını dəyişməyə hazırdır. Sizin istəyinizdən asılı olaraq bəzi vərdişləri tərqidir hətta dostlarından da keçməyə hazır olurlar. Daim zövqünüzlə maraqlanır, hər şeyi ürəyinizcə etməyə cəhd göstərirsə sizcə fikirləşməyə dəyərmi ki, o sizi sevir?

5. Qayğınızı çəkir, qeydinizə qalır.

Maddiyyat hər şey demək deyil. Əsas odur ki, o sizi başa düşsün. Ola bilsin ki, maddi vəziyyəti imkan vermir ki, o, sizin hər istəyinizi yerinə yetirsin. Amma cəhdlərini cavabsız qoymayın. Sizin arzunuz, istəklərinizlə maraqlanıb siz tərəfdən soyuqluq görürsə nəzərə alın ki, bu qarşı tərəfə cox pis təsir edir.

6. Xətrinizə dəyməmək üçün əlindən gələni edir.

O, hec vaxt bilərəkdən sizə qarşı pislik etməz. Aldatmaq və xəyanət etmək isə onun heç ağlına belə dəlmir. Ola bilsin ki, ara-sıra sözünüz çəp gəlir. Bir-birinizlə kobud danışırsınız. Amma nəzərə alın ki, çəkişməsən bərkişməzsən. Bəzən qadınlar kişilərin etdikləri kobudluqları yataqda unudurlar. Psixoloqlar qadınlara məsləhət görürlər ki, göz yaşları və inciklikərini çox böyütməsinlər. Çünki vaxt keçdikcə bu adi hala çevrilir. Kişilər artıq qadınlara inanmamağa başlayırlar.

Əziz qadınlar, sevin, sevilin, sevginizə layiq olmağa çalışın. Unutmayın ki, sizin bir qadın kimi buna haqqınız var.



Redaktə etdi: MiracLe..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
344 410 353 353 354 318

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.