LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Maraqlı 7-05-2023, 13:30

"Mona Liza" əsərində hansı körpünün təsvir olunduğu məlum oldu

"Mona Liza" əsərində hansı körpünün təsvir olunduğu məlum oldu
LoaDinG.Az xəbər saytı
Tarixçi Silvano Vinçetinin fikrincə, italyan rəssamı Leonardo da Vinçi "Mona Liza"nı Romito di Laterina körpüsünün fonunda çəkib.

LoaDinG.aZ xarici mediaya istinadla bildirir ki, həmin körpü Arezzo şəhərində yerləşir və Toskanadakı Arno çayından keçir.

Vinçeti tarixi sənədləri, dron çəkilişlərini araşdırıb və kətanları ərazinin fotoşəkilləri ilə müqayisə edib. Bundan sonra o, bildirib ki, da Vinçi əvvəllər elm adamlarının güman etdiyi Buriano və ya Bobbio körpülərini deyil, məhz Mona Lizanın sol çiyninin arxasında qədim Etrusk-Roma körpüsü Romito di Laterinanı təsvir edib.

Vinçetiyə görə, Mona Lizada təsvir olunan körpünün Romito di Laterina körpüsü kimi dörd tağı var. Buriano və ya Bobbio körpülərində altı və ya daha çox tağ var. İndi körpünün yaxınlığında da Vinçi rəsmindən yalnız bir tağ qorunub saxlanılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 356 309 291 320 315

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.