reklam
1 həftəyə 5 kilo arıqlayın - QARPIZ PƏHRİZİ 1 həftəyə 5 kilo arıqlayın - QARPIZ PƏHRİZİ http://loading.az/uploads/posts/2017-07/1501454447_566125.jpg
Xaliq

Xaliq Sağlamlıq 31-07-2017, 14:10

1 həftəyə 5 kilo arıqlayın - QARPIZ PƏHRİZİ

1 həftəyə 5 kilo arıqlayın - QARPIZ PƏHRİZİ
1 həftəyə 5 kilo arıqlayın - QARPIZ PƏHRİZİ

Havalar isinən kimi arıqlamaq istəyənlər müxtəlif pəhriz siyahılarını araşdırmağa başlayırlar. Qısa müddətdə arıqlamağı vəd edən bəzi pəhrizlər yay günlərdə çox adamın marağına səbəb olur. Son zamanlar olduqca məşhurlaşan, 1 həftədə 5 kilo arıqlamağa zəmanət verən qarpız pəhrizi də bunlardan biridir. Xüsusilə meyvə sevənlərin rəğbət bəslədiyi bu qidalanma proqramı nə dərəcədə sağlamdır?

LOADİNG.AZ istinadən türkiyəli dietoloq Oya Neva Demirkolun qarpız pəhrizi barədə fikirlərini təqdim edir.

İlk növbədə qeyd edək ki, yay günlərində qarpız-pendir ikilisi vazkeçilməz yeməkdir. Xüsusən də pəhriz saxlayanlar üçün. 1 həftə boyunca tətbiq edəcəyiniz bu pəhriz zamanı qarpızdan bol-bol yemək məsləhətdir: "Qarpız pəhrizində səhər yeməyi zamanı 1 dilim qarpız, 30 qram pendir və 1 dilim çörək yeyin. Nahar və ya axşam yeməyində pəhrizin zülal tərkibini artırmaq üçün ət, toyuq, balıq və ya göbələk də yeyə bilərsiniz. Ara paylarda isə mütləq 1 dilim qarpızın yanında 1 dilim pendir olsun. 1 həftədə 5 kilo arıqlayacaqsınız".

Araşdırmalara görə, qarpız pəhrizi 1 həftədə 5 kilo arıqlamağı vəd edir. Lakin bunun nəticəsi düşündüyünüz qədər parlaq olmaya bilər. Bu pəhriz gündəlik təxminən 900 kalori qəbulunu hədəfləyib. Bu isə gündəlik qəbul edilməli kaloridən azdır. Lakin uzman bildirir ki, bu vəziyyət həm maddələr mübadiləsini yorar, həm də pəhrizi dayandırdıqda daha çox çəki almağa səbəb ola bilər: "Bu pəhrizin həqiqi mənada sizin çəkinizi artırıb-artırmayacağına diqqət etməlisiniz. Bəli, 1 həftədən sonra tərəzidə özünüzü 5 kilo arıqlamış görə bilərsiniz. Lakin həqiqətən yağ itirib-itirmədiyinizi görmədən tərəzidə görəcəyiniz hər rəqəm sizin üçün aldadıcı olacaq. Bundan əlavə, əgər bu pəhrizin sonunda itirdikləriz su və əzələdirsə, demək, tətbiq etdiyiniz pəhriz sizə zərər verib".

Qarpızın faydaları var, amma...

Likopen, A vitamini və karotenoidlə zəngin olan qarpızın çox faydası var. Lakin qarpızın da bir meyvə olduğu və meyvə şəkəri ehtiva etdiyini unutmayın. Dietoloq deyir ki, pəhriz zamanı bəzi ara paylarda qarpızın tək yeyilməsi, qan şəkərinin sürətlə yüksəlib aşağı düşməsinə və beləcə, özünüzü daha çox ac hiss etməyinizə səbəb ola bilər: "Buna görə də xüsusilə şəkər xəstəsi olanlar üçün bu pəhriz daha çox təhlükəli nəticələr doğura bilər. Hər hansı bir metabolik xəstəliyi olanlar (şəkər, böyrək, ürək-damar xəstəliyi və s.), hamilə və ya əmizdirən qadınlar, yetkinlik dövründə olan gənclərin və uşaqların bu pəhrizi saxlamaları məsləhət deyil. Xülasə qarpız pəhrizi istər kalori baxımından, istərsə də ehtiva etdiyi qidalar baxımından gündəlik ehtiyaclarınızın hamısını qarşılamalıdır. Hədəflədiyiniz çəki itkisinə çata bilmək və bu çəkini qoruya bilmək üçün məhdud kalori və qida məzmununa malik bu cür pəhrizləri tətbiq etməzdən əvvəl dietoloqla məsləhətləşin".

Unutmayın, sağlamlığınız tərəzidə görəcəyiniz aldadıcı bir nəticədən daha əhəmiyyətlidir. Çəki itirərkən sağlamlığınızı da qazanmaq və bu çəkini müvəffəqiyyətlə davam etdirə bilmək istəyirsinizsə, seçiminiz düzgün olmalıdır.


R.E.XALİQ

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 327 349 323 334 378

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.