Sarı xanıməli boyu 2 metrə qədər qalxan, uzunsov, yumurta formasında yarpaqlara malik olan kol bitkisidir. Onun yarpaqları 5-12 sm uzunluqda, 2-3,5 sm endə, hər il tökülə bilən, çiçəkləri isə 5 hissədən ibarət olur. Sarı xanıməlinin çiçək tacı sarı və ya narıncı rəngdə, zəngçiçəyi formasında olur. Onun çiçəkləri may ayında açır və hər il məhsul verir. Sarı xanıməlinin çiçəkləri donuşluğa davamlı deyil və çiçəklər töküldükdən sonra tünd bənövşəyi rəngdə giləmeyvələr yetişir. Giləmeyvələrin yetişməsi iyul-avqust aylarına təsadüf edir. Meyvələr, şirin, turşaşirin, zəif tünd dada malik olur. Buna səbəb isə onun tərkibində olan loniserin qlikozididir.
Azərbaycanda sarı xanıməli bitkisinə Balakən rayonu ərazisində daha çox rast gəlinir. Sarı xanıməli az kalorili bitkilərdəndir. Onun 100 qramında 30 kKal var. Bu bitkini piylənmədən əziyyət çəkən adamlar istədikləri qədər qəbul edə bilərlər. Xanıməli giləmeyvəsindən bişirilən mürəbbə isə çox kalorilidir və artıq çəkidən əziyyət çəkənlərə ondan istifadə eləmək məsləhət görülmür. Xanıməli gilımeyvəsinin tərkibində şəkər(qlükoza, fruktoza, qalaktoza, saxaroza), orqanik turşular(limon, alma, əvəlik), vitaminlər(C, A, B1, B2,B9, P və s.) var. Onun tərkibi kalium, kalsium, fosfor, natrium, maqnium, dəmir, kremin, sink, yod, tanin maddələr və pektinlə zəngindir.
Sarı xanıməli giləmeyvələri mədənin sekresiyasını artırır, mədə şirəsinin çoxalmasına səbəb olur. O ödqovucu, sidikqovucu, iştahaçıcı, bağırsaq yumşaldıcı təsirə malikdir. Xalq təbabətində onun sıxılmış şirəsindən mədə xəstəliyinin, təzyiqin, ishalın, qara ciyər və böyrək xəstəliklərinin sağalması məqsədilə istifadə edilir.