LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Maraqlı 13-04-2023, 10:30

Süngərlər

Süngərlər
LoaDinG.Az xəbər saytı
Süngərlər (lat. Porifera, Spongia) - onurğasız heyvanlar tipi. 8000-ə yaxın növü təsnif edilib. Əksər növləri dənizdə yaşasalar da, bəzi nümayəndələri (məsələn gölsüngəri) Antarktidadan başqa digər materiklərin daxili sularında rast gəlinir.

Süngərlər çoxhüceyrəli heyvanların ən ibtidai nümayəndələridir. Bədən iki hüceyrə qatından: xarici-ektoderma və daxili entodermadan ibarətdir. Bu qatlar arasında isə ayrı-ayrı hüceyrələr səpələnmiş, quruluşsuz xüsusi maddələrdən ibarət olan qatmezoqley yerləşir.

Süngərlər qadiəsi ilə əşyaya yapışır, ağız isə yuxarı yönəlir. Bədən divarı çoxlu nazik məsamələrə malikdir. Süngərlərin bədəni asanlıqla qırılır və ya ovulur. Bədən ölçüsü bir neçə millimetrdən 2 m-ə qədər və daha böyük, rəngi sarı, yaşıl, qırmızı, qəhvəyi, narıncı, bəzən də bənövşəyi olur.

Süngərlərin skeleti kirəc, silisium və buynuz maddəsindən ibarətdir.

Süngərlər suda həll olmuş oksigenlə tənəffüs edir. Bədən daxilinə və kanallara daxil olmuş su axını yaxında yerləsmiş hüceyrələri və mezoqleyi oksigenlə təchiz edir.

Dənizdə və şirin sularda yaşayırlar. Dənizin dibində oturaq həyat kecirirlər. 5000 növü məlumdur. Xəzər dənizdə 3 forması olan bir növü vardır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 339 272 233 183 263

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.