reklam
Sənsiz Sənsiz http://loading.az/uploads/posts/2017-07/1501327570_1446291735_11219588_978822108841971_1264147425574130393_n.jpg
Ulya

Ulya Şeirlər 29-07-2017, 22:25

Sənsiz

Sənsiz
Sənsiz


Deyirdin sevənlər əsla ayrılmaz
Ayrıldıq səninlə niyə, sevgilim?
Sevən sevdiyinin könlündən çıxmaz
Mən bunu bilmirdim, eh, hardan bilim...


Nə qədər etdimsə olmadı mümkün,
Eşqini könlümdən uzaqlaşdırmaq
Sənsiz yaşayıram həyatdan küskün
Nə yaman çətinmiş səni unutmaq...

Sənsizəm... ömrümün payız çağıdır,
Kaş ki bu ömrümə bahar gələydi.
Həsrətin bağrımı didib-dağıdır
Sevgin ürəyimdən kaş silinəydi...

Sənsiz bu dünyada qalmaq çətindir,
Elə bilmə həsrət bir əyləncədir
Məni yaşadan da məhəbbətindir,
Sənli xatirələr bil, işgəncədir.

Buludam... dumandan, çəndən ayrıldım...
Sənsiz dəyişmişəm, başqalaşmışam,
Elə ki əzizim,səndən ayrıldım,
Mən özüm özümdən uzaqlaşmışam...


Redaktə Etdi Xaliq

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
293 272 290 292 300 309

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.